Elmar Məmmədyarov: "Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə intensiv danışıqlar aparırıq"

Elmar Məmmədyarov: "Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə intensiv danışıqlar aparırıq" Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri və Şərq Tərəfdaşlığı sammitində iştirakı Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərdə yeni səhifə açır.
Xarici siyasət
9 Fevral , 2018 15:07
Elmar Məmmədyarov: Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə intensiv danışıqlar aparırıq

Bakı. 9 fevral. REPORT.AZ/ "Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri və "Şərq Tərəfdaşlığı" sammitində iştirakı Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərdə yeni səhifə açır".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqı (Aİ) - Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclasının yekunlarına dair mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan və Aİ yeni saziş üzrə intensiv danışıqlar aparır. Nazir bunun asan olmadığını vurğulayıb: "Məsələn, hazırda tərəflər ticarət məsələləri üzrə danışıqlar aparır və Ümumdünya Ticarət Təşkilatına üzv olmayan Azərbaycan bu təşkilata qoşulmaq üçün çalışır. İndi tərəflər bu istiqamətdə ortaya çıxan problemləri həll etmək yollarını axtarır. Biz regional problemlər üzrə fikir mübadiləsi aparırıq, təhlükəsizlik məsələləri üzrə ortaq baxış bucağımız var. Belə intensiv fikir mübadiləsinin təkcə Azərbaycana deyil, həm də Avropa İttifaqına faydalı olacağına inanırıq".

Son xəbərlər

Orphus sistemi