Elmar Məmmədyarov: "Aİ ilə əməkdaşlıq Bakı və Moskva arasındakı münasibətlərə təsir göstərməyəcək"

Elmar Məmmədyarov: "Aİ ilə əməkdaşlıq Bakı və Moskva arasındakı münasibətlərə təsir göstərməyəcək" Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan qonşu ölkələrlə, xüsusilə də Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir.
Xarici siyasət
14 Fevral , 2018 12:23
Elmar Məmmədyarov: Aİ ilə əməkdaşlıq Bakı və Moskva arasındakı münasibətlərə təsir göstərməyəcək
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov / Report/ Elshan Baba

Bakı. 14 fevral. REPORT.AZ/ "Azərbaycan qonşu ölkələrlə, xüsusilə də Rusiya ilə strateji tərəfdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov RİA "Novosti"yə müsahibəsində deyib.

"Ümumilikdə Rusiya ilə siyasi, iqtisadi, ticarət, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafında əldə olunan əhəmiyyətli nəticələrdən məmnunuq. Azərbaycanla Avropa İttifaqı (Aİ) arasındakı əməkdaşlıq da qarşılıqlı faydalı əməkdaşlıq və qarşılıqlı hörmət əsasında inkişaf edir. Avropa İttifaqı ilə əlaqələrin inkişafına böyük diqqət yetirilir. Azərbaycanla Rusiya, Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələr müxtəlif müstəvilərdə inkişaf etsə də, onlar ilk növbədə, xalqlarımızın xeyrinə xidmət edir", - E.Məmmədyarov bildirib.

Son xəbərlər

Orphus sistemi