Əli Hüseynli: “Azərbaycan-Rusiya strateji tərəfdaşlığının əsasını prezidentlər arasında etibarlı münasibətlər təşkil edir”

Əli Hüseynli: “Azərbaycan-Rusiya strateji tərəfdaşlığının əsasını prezidentlər arasında etibarlı münasibətlər təşkil edir” “Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev və Vladimir Putin arasında etimad və dostluq münasibətləri ölkələr arasında müttəfiqlik və strateji tərəfdaşlığın əsasını, uzun illər davam edən əməkdaşlığın dayağıdır”.
Xarici siyasət
8 Dekabr , 2023 16:53
Əli Hüseynli: “Azərbaycan-Rusiya strateji tərəfdaşlığının əsasını prezidentlər arasında etibarlı münasibətlər təşkil edir”

Azərbaycan və Rusiya Prezidentləri İlham Əliyev və Vladimir Putin arasında etimad və dostluq münasibətləri ölkələr arasında müttəfiqlik və strateji tərəfdaşlığın əsasını, uzun illər davam edən əməkdaşlığın dayağıdır.

"Report" xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Bakıda Azərbaycan Milli Məclisi ilə Rusiya Federasiya Şurası arasında ikitərəfli əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 20-ci yubiley iclasında çıxışı zamanı deyib.

“İkitərəfli səfərlərin sayının artması, beynəlxalq arenada qarşılıqlı dəstək, birgə tədbirlər buna sübutdur. Sevindirici haldır ki, komissiyanın 20 illik yubiley iclası Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilində keçirilir. Fürsətdən istifadə edərək, Rusiyada Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin yüksək səviyyədə təşkilinə görə rusiyalı həmkarlarımıza bir daha təşəkkür edirik”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi