Yuxarı

Əli Həsənov: "Azərbaycan və Türkiyə regionda əhəmiyyətli rol oynayır"

Azərbaycanın rəsmi şəxsləri İstanbul sammitində Azərbaycan və Türkiyənin rolunu qeyd edib

Bakı. 8 aprel. REPORT.AZ/ "Azərbaycan və Türkiyə region ölkələrinin yaxınlaşması və onların arasında münasibətlərin möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır".

"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

Mərmərə Qrupu Fondu tərəfindən təşkil olunan XVIII Avrasiya İqtisadi Sammiti çərçivəsində çıxış edən Ə.Həsənov bu forumun Azərbaycan və Türkiyə ilə yanaşı 30-dan artıq ölkənin yaxınlaşmasında əhəmiyyətini qeyd edib.

2 ölkə arasında iqtisadi və enerji münasibətləri haqqında danışan Azərbaycanın energetika naziri Natiq Əliyev vurğulayıb ki, Azərbaycan və Türkiyə regiondakı lider ölkələrdir. Nazir, həmçinin Avropa və Asiya arasında tranzit rolu qeyd edib. 

Öz növbəsində, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib ki, Azərbaycan və Türkiyə yalnız enerji və nəqliyyat sektorunda deyil, həm də informasiya texnologiyaları sahəsində mühüm rol oynayır: "Avrasiya regionu qlobal problemlərin həllində əhəmiyyətli rol oynamağa başlayıb. Bu planda sammit regionda 2 ölkənin nüfuzunun artması deməkdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi