Yuxarı

​Elçin Quliyev İrana səfər edəcək

O, müvafiq dövlət qurumlarının rəhbərləri ilə görüşəcək

Bakı. 21 fevral. REPORT.AZ/ Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev İran İslam Respublikasına səfər edəcək.

“Report” AzərTAc-a istinadən xəbər verir ki, səfər çərçivəsində E.Quliyev İranın müvafiq dövlət qurumunun rəhbəri ilə görüşəcək.

Görüşdə narkotik maddələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı birgə mübarizənin aparılması, iki dövlət arasındakı sərhəd-keçid məntəqələrinin işinin təkmilləşdirilməsi məsələləri, eləcə də qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi