Elçin Əmirbəyov: “Qarabağ ermənilərinin reinteqrasiyası Azərbaycanın daxili işidir”

Elçin Əmirbəyov: “Qarabağ ermənilərinin reinteqrasiyası Azərbaycanın daxili işidir” “Azərbaycanla Qarabağın erməni əhalisi arasında dialoq, onların cəmiyyətimizə reinteqrasiyası sırf ölkəmizin daxili işidir və bu məsələlərin Ermənistanla heç bir əlaqəsi yoxdur”.
Xarici siyasət
21 Sentyabr , 2023 15:57
Elçin Əmirbəyov: “Qarabağ ermənilərinin reinteqrasiyası Azərbaycanın daxili işidir”
Elçin Əmirbəyov

“Azərbaycanın mərkəzi hakimiyyəti ilə Qarabağın erməni əhalisi arasında dialoq, onların cəmiyyətimizə reinteqrasiyası sırf ölkəmizin daxili işidir və bu məsələlərin Ermənistanla heç bir əlaqəsi yoxdur”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov “Sky News Arabia” telekanalına müsahibəsində deyib.

O vurğulayıb ki, Azərbaycan Ermənistanla bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipi əsasında sülh danışıqları aparır.

Onun sözlərinə görə, Qarabağın erməni əhalisinin nümayəndələri ilə başlayan təmaslar Bakı ilə İrəvan arasında sülh sazişinin bağlanmasına da töhfə verəcək.

E.Əmirbəyov bildirib ki, Azərbaycan tərəfi artıq saziş layihəsini Ermənistana göndərib.

Son xəbərlər

Orphus sistemi