ABŞ-nin Meyn ştatının nümayəndə heyəti azad olunan ərazilərə qayıdış prosesi haqqında məlumatlandırılıb

ABŞ-nin Meyn ştatının nümayəndə heyəti azad olunan ərazilərə qayıdış prosesi haqqında məlumatlandırılıb Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom") Böyük Porland İmmiqrant Qarşılama Mərkəzinin (GPİWC) təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatlarının Meyn ştatının Azərbaycanda səfərdə olan nümayəndə heyətinin
Xarici siyasət
22 May , 2024 18:06
ABŞ-nin Meyn ştatının nümayəndə heyəti azad olunan ərazilərə qayıdış prosesi haqqında məlumatlandırılıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ("Qaçqınkom") Böyük Porland İmmiqrant Qarşılama Mərkəzinin (GPİWC) təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Meyn ştatının Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə keçirilən görüşdə qonaqlar azad olunan ərazilərə qayıdış prosesi haqqında məlumatlandırıb.

"Report" xəbər verir ki, bu barədə "Qaçqınkom" məlumat yayıb.

Bildirilib ki, Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov qonaqlara qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində dövlət siyasətinin əsas istiqamətləri, qurumun fəaliyyət, o cümlədən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.

Görüşdə qeyd edilib ki, azad edilmiş ərazilərdə işğalçıların törətdikləri dağıntıların nəticələri aradan qaldırılır, genişmiqyaslı bərpa-quruculuq işləri görülür.

Amerikalı qonaqlara qayıdışın təşkili prosesi, sorğuların aparılması və monitorinq nəticələri, eyni zamanda, işğaldan azad edilən ərazilərdə köç prosesini ləngidən əsas problem - mina təhlükəsindən bəhs edilib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilərin mina və partalamamış hərbi sursatlarla çirkləndirilməsi üzrə Azərbaycan dünyada birinci yerdədir və həmin ərazilərin mümkün qədər qısa müddətdə təmizlənməsi istiqamətində işlər davam etdirilir.

Nümayəndə heyətinin rəhbəri, Meyn ştatından olan senator Cill Dyuson işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-bərpa, quruculuq işlərini kütləvi informasiya vasitələrindən izlədiyini bildirib və Prezident İlham Əliyevin qısa müddətdə gördüyü işlərə heyranlıq duyduğunu vurğulayıb.

Amerikalı qonaqların yaxın günlərdə Şuşaya səfəri planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi