Elçin Əmirbəyov: “Fransa Azərbaycanın qələbəsini həzm edə bilmir”

Elçin Əmirbəyov: “Fransa Azərbaycanın qələbəsini həzm edə bilmir” Fransa Azərbaycanın qələbəsini həzm edə bilmir.
Xarici siyasət
29 Dekabr , 2023 10:43
Elçin Əmirbəyov: “Fransa Azərbaycanın qələbəsini həzm edə bilmir”

Fransa Azərbaycanın qələbəsini həzm edə bilmir.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransa-Azərbaycan münasibətlərinin gərginləşməsinə dair məqalənin dərc edildiyi Fransanın “Le Monde” nəşrinə müsahibəsində deyib.

O qeyd edib ki, ikitərəfli münasibətlərdə müşahidə olunan gərginləşmənin səbəbi Fransanın Ermənistan-Azərbaycan qarşıdurması məsələsində tutduğu tamamilə ədalətsiz, qərəzli ermənipərəst mövqedir: “Artıq uzun müddətdir ki, Ermənistana hər cür diplomatik, iqtisadi və son zamanlar hərbi dəstək verən Fransa öz zərərli addımları ilə Bakı ilə İrəvan arasında sülhün əldə olunması perspektivlərini sarsıdır”.

“BMT Təhlükəsizlik Şurası, Avropa İttifaqı (Aİ) və onun qurumları kimi müxtəlif beynəlxalq platformalarda açıq şəkildə anti-Azərbaycan təşəbbüslərini irəli sürmək cəhdləri təkcə Fransanın mümkün vasitəçi kimi onsuz da şübhəli olan nüfuzunu tamamilə sarsıtmayıb, həm də Bakının Fransanın aparıcı ölkələrdən biri olduğu Aİ-yə inamına ciddi zərbə vurub”, - o vurğulayıb.

E.Əmirbəyovun sözlərinə görə, Parisin İrəvana ölümcül silahlar tədarükü Cənubi Qafqaz regionunda təhlükəsizliyi, sabitliyi pozur, onu yeni hərbi münaqişələrə, mənasız silahlanma yarışına sövq edir və Ermənistanla Azərbaycan arasında sülhə nail olunması perspektivlərini süni surətdə ləngidir: “Aydındır ki, Fransa tarixi ədaləti bərpa edən, Qarabağ və onun digər rayonlarını Ermənistanın 30 illik işğalından azad edən Azərbaycanın qələbəsini həzm edə bilmir”.

Son xəbərlər

Orphus sistemi