“Rusiya ilə Azərbaycan arasında münasibətləri strateji tərəfdaşlıq kimi xarakterizə etmək olar”.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya-Azərbaycan Ekspert Şurasının ikinci iclasında Rusiya Beynəlxalq İşlər Şurası (RIAC) Andrey Kortunov deyib.
“Son illər iki ölkə arasında əlaqələrə yeni impuls vermək üçün çox işlər görülüb. Biz bu səylərin ilk nəticələrini artıq görürük. Belə ki, bu, həm siyasi müstəvidə, həm də iqtisadi münasibətlərdə özünü göstərir. Humanitar əlaqələrin daha fəal inkişaf etməsi çox vacibdir. Tədbirimiz müstəqil ekspertlər arasında dialoqun yüksələn xətt üzrə inkişaf etməsinin sübutlarından biridir”, - o vurğulayıb.
A.Kortunov Rusiya ilə açıq və qarşılıqlı maraq kəsb edən danışıqlara görə Azərbaycana təşəkkür edib: “İstənilən ekspert görüşü, xüsusən də burada dövlət strukturları ilə əlaqəli insanlar iştirak etdikdə, bu, ikitərəfli münasibətləri inkişafına yardım göstərir. Ekspertlər bəzən rəsmi şəxslərdən daha açıq danışa, bir çox problemlərə daha geniş aspektdən nəzər keçirə bilər. Təbii ki, Azərbaycandan olan həmkarlarımıza səmimi və maraqlı danışıqlara görə minnətdarıq”.