"Pakistan xalqı Azərbaycanın 44 günlük Vətən Müharibəsində qazandığı qələbənin ikinci ildönümünü bərabər şəkildə qeyd edir".
Bunu "Report"a Pakistanın Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutunun (GSISD) təsisçi-direktoru Kayser Nəvab bildirib.
"Vətən Müharibəsi dövründə Pakistan xalqı, hökuməti və parlamenti Azərbaycanın mövqeyini dəstəkləyib. Biz hər zaman azərbaycanlı qardaşlarımızı dəstəkləmişik və əlaqələrimizi gücləndirmək üçün bundan sonra da dəstəkləyəcəyik", - o deyib.
K.Nəvab vurğulayıb ki, qarşıdakı illərdə də Azərbaycan Pakistan ilə birlikdə davamlı tərəqqi, sülh və əməkdaşlıq şəraitində yaşamağa davam edəcək: "Əminəm ki, iki qardaş xalq arasında əməkdaşlıq və qardaşlıq telləri bundan sonra da davam edəcək. Bir daha Azərbaycan xalqını ürəkdən təbrik edirəm, Azərbaycan Respublikasına tərəqqi və sülh arzulayıram”.