Ekspert: “Korsika dilinin qadağan edilməsi insanları öz dillərinə malik olmaq hüququndan məhrum etməyə bərabərdir”

Ekspert: “Korsika dilinin qadağan edilməsi insanları öz dillərinə malik olmaq hüququndan məhrum etməyə bərabərdir” Korsikanın Bastia şəhər məhkəməsinin dövlət orqanlarında istifadə edilən yeganə dilin fransız dili olması barədə qərarı o deməkdir ki, xalq tərəfindən seçilmiş nümayəndələrin yerli Assambleyada, İcra Şurasında, korsikalıların isə ictimai və gündəlik həyat
Xarici siyasət
15 Mart , 2023 13:21
Ekspert: “Korsika dilinin qadağan edilməsi insanları öz dillərinə malik olmaq hüququndan məhrum etməyə bərabərdir”

"Korsikanın Bastia şəhər məhkəməsinin dövlət orqanlarında istifadə edilən yeganə dilin fransız dili olması barədə qərarı o deməkdir ki, xalq tərəfindən seçilmiş nümayəndələrin yerli Assambleyada, İcra Şurasında, korsikalıların isə ictimai və gündəlik həyatda doğma dillərində danışmaq hüququ yoxdur".

Bunu “Report”a açıqlamasında italiyalı jurnalist, Aralıq dənizi geosiyasəti üzrə ekspert Dominiko Letisiya deyib.

D.Letisiyanın fikrincə, belə yanaşma zərərlidir, çünki o, mədəni azadlıq əsasında müstəqillik arzusunu qidalandırır. "İnsanların öz dilində danışmaq və öz mədəniyyətlərinə malik olmaq hüququ olmalıdır. Bu məsələ ilə bağlı dialoq və müzakirələr Korsika siyasi reallığının rəngarəng Fransa siyasi sistemi çərçivəsində dinc mövcudluğunu təmin etməyə kömək edə bilər", - o deyib.

Ekspert əlavə edib ki, dilin də bir hissəsi olduğu mədəniyyətə qanunvericilik səviyyəsində qadağaların tətbiq edilməsi yalnız rəsmi Paris və Korsika arasında gərginliyi artırır.

Son xəbərlər

Orphus sistemi