Ekspert: “Beynəlxalq ictimaiyyət Ermənistanın Gəncəyə vəhşicəsinə hücumlarını pisləməlidir”

Ekspert: “Beynəlxalq ictimaiyyət Ermənistanın Gəncəyə vəhşicəsinə hücumlarını pisləməlidir” “Beynəlxalq ictimaiyyət Ermənistan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsi zamanı mülki azərbaycanlılara qarşı həyata keçirdiyi vəhşicəsinə hücumlarını yekdilliklə pisləməlidir”.
Xarici siyasət
11 Oktyabr , 2022 12:34
Ekspert: “Beynəlxalq ictimaiyyət Ermənistanın Gəncəyə vəhşicəsinə hücumlarını pisləməlidir”

“Beynəlxalq ictimaiyyət Ermənistan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsi zamanı mülki azərbaycanlılara qarşı həyata keçirdiyi vəhşicəsinə hücumlarını yekdilliklə pisləməlidir”.

Bunu “Report”a amerikalı politoloq, beynəlxalq münasibətlər eksperti Piter Teys Gəncəyə raket hücumlarının ikinci ildönümünü münasibət bildirərkən deyib.

“Gəncəyə, dinc əhaliyə və Azərbaycanın infrastrukturuna raket zərbələri dünya tarixinin kədərli səhifəsidir. Ermənistan hakimiyyəti bu əməllərinə görə beynəlxalq məhkəmə tərəfindən cəzalandırılmalı və pislənməlidir. Avropa İttifaqı müharibə cinayətlərinə görə cavab verməsi və təzminat ödəməsi üçün Ermənistana təzyiq göstərməlidir”, - o vurğulayıb.

Onun sözlərinə görə, 2020-ci ilin oktyabrında Gəncə şəhərinin atəşə tutulmasını yalnız 1939-cu ilin sentyabrında Varşavanın bombalanması ilə müqayisə etmək olar: “Amma dünya Ermənistan rejiminin müasir dövrdə törətdiyi kütləvi vəhşiliklərə susur”.

Amerikalı politoloq ABŞ Konqresini Gəncəyə raket hücumu qurbanlarının xatirəsinə həsr olunmuş qətnamə hazırlayıb təsdiq etməyə çağırıb.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri Gəncə şəhərini 2020-ci ildə ümumilikdə 5 dəfə - oktyabrın 4, 5, 8, 11, 17-də raketlərdən və ağır artilleriya qurğularından atəşə tutub. Bu hücumlar nəticəsində 26 nəfər həlak olub, 175 nəfər yaralanıb, mülki infrastruktura və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.

İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın hərbi təcavüzü nəticəsində 12 uşaq və 27 qadın daxil olmaqla, 93 mülki şəxs həyatını itirib, 454 mülki şəxs yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri-yaşayış binasına, 288 avtomobilə, 1018 təsərrüfata ziyan dəyib.

Son xəbərlər

Orphus sistemi