Rusiyalı deputat: Heydər Əliyev Sovet İttifaqına rəhbərlik etsəydi, postsovet məkanında sülh olardı

Rusiyalı deputat: Heydər Əliyev Sovet İttifaqına rəhbərlik etsəydi, postsovet məkanında sülh olardı Heydər Əliyev Sovet İttifaqına rəhbərlik etsəydi, postsovet məkanında sülh olardı.
Xarici siyasət
13 Dekabr , 2024 09:41
Rusiyalı deputat: Heydər Əliyev Sovet İttifaqına rəhbərlik etsəydi, postsovet məkanında sülh olardı

Heydər Əliyev Sovet İttifaqına rəhbərlik etsəydi, postsovet məkanında sülh olardı.

“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədrinin birinci müavini Aleksey Juravlyov Moskvada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsində bildirib.

O qeyd edib ki, belə böyük bir şəxsiyyət bütün postsovet məkanında insanların yaddaşında əbədi yaşayacaq.

"Heydər Əliyevi tanımayan adam tapmaq çətindir. Bununla belə, biz onun kimi şəxsiyyətləri xatırlamalı, onlar haqqında danışmalı və özlərindən sonra qoyub getdikləri irsi qoruyub saxlamağa çalışmalıyıq. Heydər Əliyev həm Azərbaycanda, həm də Rusiyada özündən sonra böyük irs qoyub", - A.Juravlyov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi