Dominik Monte: Fransa hakimiyyəti Fransız Qvianasında kreol dilini sıxışdırır

Dominik Monte: Fransa hakimiyyəti Fransız Qvianasında kreol dilini sıxışdırır Fransa hakimiyyəti Fransız Qvianasında kreol dilini sıxışdırır.
Xarici siyasət
28 mart 2025 16:31
Dominik Monte: Fransa hakimiyyəti Fransız Qvianasında kreol dilini sıxışdırır

Fransa hakimiyyəti Fransız Qvianasında kreol dilini sıxışdırır.

“Report” xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun "Müstəmləkəçilik: milli-dini kimliyin silinməsi" mövzusunda beynəlxalq konfrans ərəfəsində təşkil etdiyi mətbuat konfransında Fransız Qvianasından Dekolonizasiya və Sosial Emansipasiya Hərəkatının (MDES) üzvü Dominik Monte (Dominique Montet) bildirib.

Onun sözlərinə görə, dilin sıxışdırılması prosesi media və mədəniyyət sahəsindən başlayıb.

"Bizim cəmiyyətimizdə kreol dilinin daşıyıcılarına qarşı açıq-aşkar etinasızlıq müşahidə olunur. Fransızdilli əhali daha çox imtiyaz və imkanlara malikdir. Biz Fransız Qvianasında bu problemin miqyasını yalnız yeni nəslin ana dili olan kreol dilini artıq bilmədiyini gördükdə tam dərk etdik", - o qeyd edib.

D.Monte vurğulayıb ki, Fransız Qvianasının sakinləri kreol dilinin sıxışdırılması məsələsini beynəlxalq səviyyədə getdikcə daha fəal şəkildə qaldırırlar.

Son xəbərlər

Orphus sistemi