Yuxarı
    Bağlamaq

    Rusiya DİN başçısının müavini: "Ölkəmizdə azərbaycanlı miqrantlarla bağlı heç bir problem yoxdur"

    Aleksandr Qorovoy iki ölkənin miqrasiya xidmətlərinin qarşılıqlı əlaqə səviyyəsindən məmnunluğunu ifadə edib

    Bakı. 12 oktyabr. REPORT.AZ/ "Bu gün ümumilikdə Azərbaycan Respublikası, o cümlədən miqrasiya məsələlərinə nəzarət edən bölmələr işləmək və istirahət etmək məqsədilə Rusiyaya gələn Azərbaycan vətəndaşları ilə münasibətlərdə heç bir problem görmürük".

    "Report" xəbər verir ki, bunu Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrinin miqrasiya orqanlarının rəhbərləri Şurasının 19-cu iclası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

    "MDB-nin yaradılmasından keçən 20 ildən artıq müddətdə ölkələr arasında mədəni, dost, ailəvi anlaşma formalaşıb", - deyə A.Qorovoy bildirib.

    O, iki ölkənin miqrasiya xidmətlərinin qarşılıqlı əlaqə səviyyəsindən məmnunluğunu ifadə edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi