Damian Krneviç: “Bakı limanının inkişafı Azərbaycana, Avropa və Asiya ölkələrinə faydalı olacaq”

Damian Krneviç: “Bakı limanının inkişafı Azərbaycana, Avropa və Asiya ölkələrinə faydalı olacaq” “Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gələcək inkişafı həm Azərbaycan, həm bütün region, həm də Asiya, xüsusilə də Çin üçün faydalı olacaq”.
Xarici siyasət
28 Noyabr , 2022 12:02
Damian Krneviç: “Bakı limanının inkişafı Azərbaycana, Avropa və Asiya ölkələrinə faydalı olacaq”

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanının gələcək inkişafı həm Azərbaycan, həm region, həm Avropa, həm də Asiya, xüsusilə də Çin üçün faydalı olacaq”.

Bunu “Report”a açıqlamasında Serbiya Prezidentinin keçmiş müşaviri, ADA Universiteti nəznində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krneviç deyib.

Onun sözlərinə görə, Azərbaycanın 2 fundamental strateji üstünlüyü var: tranzitin təşkili üçün ən müasir nəqliyyat qovşağına sahib olması və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi imkanları: “Orta Dəhlizin əhəmiyyəti Rusiya-Ukrayna müharibəsinin başlaması ilə daha da aktuallaşıb. Hələ müharibədən qabaq Rusiyanın COVID-19 ilə mübarizə tədbirləri səbəbindən şimal istiqamətində keçən marşrutlar bağlanmışdı. Amma Rusiya-Ukrayna müharibəsinin başlamasından və bununla bağlı Qərbin Rusiyaya qarşı sanksiyalarından sonra məlum olub ki, uzunmüddətli perspektivdə Şimal dəhlizi Qərb üçün uyğun deyil. Nəticədə şərqdən qərbə strateji quru yolu kimi, Orta Dəhlizin əhəmiyyəti xeyli artıb”.

O vurğulayıb ki, Orta Dəhliz marşrutu boyunca Bakı şəhəri və Ələtdəki liman əsas istiqamətlərə çevrilib: “Bakıdan yan keçməklə Orta Dəhlizdən istifadə etmək mümkün deyil”.

D.Krneviçin fikrincə, Ələt limanı bundan sonra da inkişaf edəcək və bu, Azərbaycana, Avropaya və Asiyaya faydalı olacaq.

Son xəbərlər

Orphus sistemi