XİN başçısı: Zəngəzur dəhlizinin açılması Ermənistanın öhdəliklərini tam yerinə yetirməsindən asılıdır

XİN başçısı: Zəngəzur dəhlizinin açılması Ermənistanın öhdəliklərini tam yerinə yetirməsindən asılıdır Zəngəzur dəhlizinin açılması Ermənistanın öz öhdəliklərini tam yerinə yetirməsindən asılıdır
Xarici siyasət
12 Dekabr , 2024 12:41
XİN başçısı: Zəngəzur dəhlizinin açılması Ermənistanın öhdəliklərini tam yerinə yetirməsindən asılıdır
Ceyhun Bayramov

Zəngəzur dəhlizinin açılması Ermənistanın öz öhdəliklərini tam yerinə yetirməsindən asılıdır

"Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu məsələdə yekun müsbət qərar yoxdur.

Nazir bildirib ki, Azərbaycan öz ərazisində işləri sürətlə davam etdirir:

"Dəmiryolu tikintisinin böyük hissəsi artıq başa çatıb, digər hissəsi ilə bağlı işlər görülür. Eyni zamanda İranla əldə olunmuş razılığa əsasən, Araz çayı üzərində körpünün tikintisi davam etdirilir. Yəni Azərbaycanın qərb sərhədi ilə Naxçıvan arasında İran üzərindən marşrutun inşası üzrə işlər görülür".

"Qısa marşrut, yəni Ermənistan ərazisi üzrə dəhlizin açılması rəsmi İrəvanın öz öhdəliklərini tam yerinə yetirməsindən asılıdır", - C.Bayramov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi