Ceyhun Bayramov: “Zəfər Gününü ABŞ-dakı soydaşlarımızla qeyd etməkdən şadam”
- 08 noyabr, 2022
- 02:52
ABŞ-da səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Vaşinqtondakı səfirliyinin təşkilatçılığı ilə keçirilən, 8 Noyab – Zəfər Gününə həsr edilən tədbirdə iştirak edib.
“Report” xəbər verir ki, bu barədə XİN başçısı tviterdə yazıb.
“Vaşinqtonda Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən təşkil edilən Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak etməkdən şadam. Bu şərəfli bayramı ABŞ-da yaşayan soydaşlarımızla birgə qeyd etməkdən məmnun oldum. Zəfər Günün mübarək, Azərbaycan”, - diplomat qeyd edib.
Delighted to attend the event dedicated to the #VictoryDay in #WashingtonDC organised by @azembassyus. Was glad to celebrate this glorious holiday together with our compatriots living in the United States. Happy Victory Day #Azerbaijan. pic.twitter.com/bJYT4mwS5Z
— Jeyhun Bayramov (@Bayramov_Jeyhun) November 8, 2022