Azərbaycan və Gürcüstan XİN başçıları regional məsələləri müzakirə ediblər
Xarici siyasət
- 09 fevral, 2024
- 07:44
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın yenidən təyin edilmiş xarici işlər naziri İliya Darçiaşvili arasında telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, C.Bayramov Gürcüstanın yeni qurulmuş hökumətində yenidən xarici işlər naziri təyin edilməsi münasibətilə həmkarını təbrik edib və ona bu şərəfli vəzifəsində uğurlar arzulayıb.
Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və gələcəkdə bu əlaqələrin daha da inkişafı istiqamətində mövcud planlar və perspektivləri müzakirə ediblər.
Nazirlər həmçinin regional məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.
Son xəbərlər
06:29
Yaponiyanın NATO-nun Ukrayna proqramına qoşulması ilə bağlı məlumat təkzib edilib - YENİLƏNİB
Digər ölkələr05:56
ABŞ Sakit okeanda narkotacirlərin gəmisinə zərbə endirib
Digər ölkələr05:19
"Reuters": ABŞ NATO-nun iki qərargahında aparıcı rolundan imtina etmək istəyir
Digər ölkələr04:16
ABŞ Dövlət katibi 13-16 fevral aralığında Almaniya, Slovakiya və Macarıstana səfər edəcək
Digər ölkələr03:38
Video
ABŞ-də təyyarə avtomobillə toqquşub, dörd nəfər xəsarət alıb
Digər ölkələr03:14
"Kan": Qəzzaya yaxın vaxtlarda İndoneziyadan bir neçə min hərbçi göndərilə bilər
Digər ölkələr02:57
"Forbes": Azərbaycan Avrasiyanın geosiyasi baxımdan yenidən qurulmasında kilid rol oynayır
Analitika02:33
Britaniya Kralı qardaşı Endryunun Epşteynlə əlaqələrinin araşdırılmasına kömək edəcəyinə söz verib
Digər ölkələr02:08