Ceyhun Bayramov Fransanın "persona-non-grata" elan etdiyi Azərbaycan diplomatları ilə görüşüb

Ceyhun Bayramov Fransanın "persona-non-grata" elan etdiyi Azərbaycan diplomatları ilə görüşüb 30 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikası tərəfindən 27 dekabr tarixində heç bir əsas olmadan persona non grata elan edilmiş Fransadakı səfirliyimizin əməkdaşlarını qəbul edib.
Xarici siyasət
30 Dekabr , 2023 16:53
Ceyhun Bayramov Fransanın persona-non-grata elan etdiyi Azərbaycan diplomatları ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov 30 dekabr 2023-cü il tarixində Fransa tərəfindən 27 dekabr tarixində heç bir əsas olmadan persona-non-grata elan edilmiş Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları ilə görüşüb.

Bu barədə "Report"a Azərbaycan XİN-dən məlumat verilib.

Bildirilib ki, nazir səfirlik əməkdaşlarına göstərdikləri səmərəli diplomatik xidmətə görə təşəkkür edib.

Fransa tərəfindən atılan bu əsassız addımın sözügedən ölkə tərəfindən Azərbaycan və Fransa arasında mövcud ikitərəfli münasibətlərə vurulan növbəti zərbə olduğu bildirilib.

İkitərəfli münasibətlərdə hökm sürən gərginliyin səbəbkarının Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirərək əsassız addımlar atan Fransa tərəfinin olduğu qeyd edilib.

Nazir Ceyhun Bayramov səfirlik əməkdaşlarına bundan sonrakı diplomatik fəaliyyətlərində uğurlar arzu edib.

Son xəbərlər

Orphus sistemi