Ceyhun Bayramov Azərbaycan xalqını təbrik edib

Xarici siyasət
  • 30 dekabr, 2021
  • 20:54
Ceyhun Bayramov Azərbaycan xalqını təbrik edib
Ceyhun Bayramov

Xarici işlər naziri Ceyhun Bayramov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib.

“Report” xəbər verir ki, Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri bu barədə özünün tviterdəki səhifəsində bildirib.

“31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqımızı səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Yaşasın müstəqil, firavan, güclü Azərbaycan və Azərbaycan xalqı! Bayramınız Mübarək!” , - nazir qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti