Ceyhun Bayramov: "Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır"

Ceyhun Bayramov: "Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır" C.Bayramov iki ölkənin mövqeyinin ətraflı şəkildə izah edilməsi və qarşılıqlı anlaşmanın təmin edilməsi baxımından mütəmadi şəkildə siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.
Xarici siyasət
208
7 Sentyabr , 2021 13:29
Ceyhun Bayramov: Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır
Ceyhun Bayramov

"Azərbaycana qarşı onilliklər ərzində həyata keçirilən təcavüzkar siyasətə rəğmən, Azərbaycanın beynəlxalq hüquq prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa hazırdır və bu mövqe dövlət başçımız tərəfindən səsləndirilib".

"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi ilə görüşü zamanı söyləyib.

C.Bayramov iki ölkənin mövqeyinin ətraflı şəkildə izah edilməsi və qarşılıqlı anlaşmanın təmin edilməsi baxımından mütəmadi şəkildə siyasi məsləhətləşmələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Nazir Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verdiyi davamlı dəstəyi, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində illik əsasda ölkəmizlə bağlı qəbul edilən qətnamələri birmənalı şəkildə dəstəklədiyi üçün Qətər Dövlətinə təşəkkürünü ifadə edib.

Azərbaycanın XİN başçısı qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, Ermənistanın 30 ilə yaxın həyata keçirdiyi işğalçı siyasətin ağır nəticələri, 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi, habelə azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumatlandırıb.

Son xəbərlər

Orphus sistemi