Ceyhun Bayramov: "Antiterror tədbirləri nəticəsində erməni sakinlərin reinteqrasiya prosesi intensivləşib"

Ceyhun Bayramov: "Antiterror tədbirləri nəticəsində erməni sakinlərin reinteqrasiya prosesi intensivləşib" "Bölgədə sülh və reinteqrasiya proseslərini təhdid edən qanunsuz erməni silahlı qüvvələrinin təxribatlarına, mina təhdidini davam etdirməsinə və mövcudluğuna son qoyan lokal anti-terror tədbirləri nəticəsində xüsusilə Qarabağ bölgəsində yaşayan erməni sak
Xarici siyasət
10 Oktyabr , 2023 17:41
Ceyhun Bayramov: Antiterror tədbirləri nəticəsində erməni sakinlərin reinteqrasiya prosesi intensivləşib

"Bölgədə sülh və reinteqrasiya proseslərini təhdid edən qanunsuz erməni silahlı qüvvələrinin təxribatlarına, mina təhdidini davam etdirməsinə və mövcudluğuna son qoyan lokal antiterror tədbirləri nəticəsində xüsusilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası prosesi intensivləşib".

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının oktyabrın 10-da Şuşada keçirilən 27-ci iclasında çıxışı zamanı deyib

Onun çıxışında hazırda yerli erməni sakinlərin iqtisadi, sosial, humanitar ehtiyaclarının qarşılanması istiqamətində işçi qrupunun yaradılmasının, aidiyyəti üzrə tədbirlərin görülməsinin və Azərbaycan hökumətinin nümayəndəsi ilə həmin sakinlərin nümayəndələri arasında dualoqun davam etdirilməsinin bölgədə guya "etnik təmizləmə" aparılması ilə bağlı iddiaların əsassız olduğunu bir daha sübut etdiyi vurğulanıb. Bu xüsusda, Azərbaycanın bölgədə sülh və reinteqrasiya üçün yaranmış tarixi fürsətin əldən verilməməsi, Azərbaycan və Ermənistan arasında normallaşma gündəliyi, habelə ərazilərimizdə yaşayan erməni sakinlərin reinteqrasiyası prosesinin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb.

Son xəbərlər

Orphus sistemi