Çaru Bista: “Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə işində vacib addımlar atır”

Çaru Bista: “Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə işində vacib addımlar atır” “Azərbaycan hökuməti iqlim dəyişikliyi ilə mübarizə istiqamətində vacib addımlar atır”.
Xarici siyasət
5 İyul , 2022 15:29
Çaru Bista: “Azərbaycan iqlim dəyişikliyi ilə mübarizə işində vacib addımlar atır”

“Azərbaycan hökuməti iqlim dəyişikliyi ilə mübarizə istiqamətində vacib addımlar atır”.

Bunu “Report” BMT-nin İnkişaf Proqramının (UNDP) Azərbaycandakı daimi əlaqələndiricisinin müavini Çaru Bista bildirib.

“İqlim dəyişikliyi probleminin həlli üzrə səylər bizim üçün prioritetdir. Biz BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Paris Sazişininə riayət edirik”, - o deyib.

Ç.Bista vurğulayıb ki, Azərbaycan hökuməti də bu sazişə tərəfdar olduğundan bu məsələdə UNDP ilə ölkəmiz arasında əməkdaşlıq həyata keçirilir.

Onun sözlərinə görə, təşkilat Azərbaycan ilə bir sıra layihə, o cümlədən yeni iqlim gündəliyinə milli uyğunlaşma planı, dəniz ekosistem parkının yaradılması və s. üzrə iş aparır.

Bundan başqa, o, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Misirdə keçiriləcək 27-ci Tərəflər Konfransına (COP27) hazırlıqla bağlı Azərbaycan ilə iş aparıldığını diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi