Bu gün Strasburqda AŞPA-nın yay sessiyası başlayır

Bu gün Strasburqda AŞPA-nın yay sessiyası başlayır AŞPA sədri vəzifəsinə seçkilər keçiriləcək
Xarici siyasət
25 İyun , 2018 09:37
Bu gün Strasburqda AŞPA-nın yay sessiyası başlayır
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası işinə başlayır.

"Report" xəbər verir ki, sessiya çərçivəsində AŞPA sədri vəzifəsinə seçkilərin keçiriləcəyi, bir sıra məsələlərin, o cümlədən Suriya ilə qonşu ölkələrdəki qaçqınların humanitar vəziyyəti ilə bağlı məsələnin müzakirə ediləcəyi planlaşdırılır.

AŞPA deputatları qarşısında Xorvatiya və Slovakiyanın baş nazirlərinin, həmçinin Lüksemburqun xarici işlər nazirinin çıxışı gözlənilir.

Sessiya iyunun 29-da başa çatacaq.

Son xəbərlər

Orphus sistemi