Rusiyadan təxliyə edilən 130 Azərbaycan vətəndaşı iki ölkənin sərhədini keçib.
“Report” xəbər verir ki, həmin şəxslər qaydalara uyğun olaraq karantinə yerləşdiriliblər.
*** 12:17
Bu gün daha 130 Azərbaycan vətəndaşının Rusiyadan Vətənə qayıtması təmin olunacaq.
Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov deyib.
O bildirib ki, hazırda Rusiya-Azərbaycan sərhədində olan soydaşlarımız avtobuslar vasitəsilə buraxılış məntəqəsinə aparılıb: "Gün ərzində sərhədi keçənlərin sayında artım ola bilər. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”.
Qeyd edək ki, sonuncu dəfə Rusiyadan 120 Azərbaycan vətəndaşı təxliyə olunub.