Bakı. 15 fevral. REPORT.AZ/ Bu gün 55-ci Münhen Təhlükəsizlik Konfransı işə başlayır.
"Report" xəbər verir ki, bu il Münhen Forumunda təhlükəsizlik siyasəti sahəsində mütəxəssis olan 600 nəfər, o cümlədən 35 dövlət və hökumət başçısı, 80 müdafiə və xarici işlər naziri iştirak edəcək.
Forumun rəhbəri Volfqanq İşinger jurnalistlərə açıqlamasında qeyd edib ki, bir neçə yüksək çinli siyasətçinin iştirakdan imtina etməsinə baxmayaraq, builki Münhen Təhlükəsizlik Konfransı 50 ildən çox tarixi ərzində ən vacib və ən böyük konfrans olacaq.
Azərbaycanı iclasda xarici işlər naziri
Bu il Münhen Təhlükəsizlik Konfransında həmçinin Almaniya Kansleri Angela Merkel, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini, NATO Baş katibi Yens Stoltenberq iştirak edəcək.
Tədbir iştirakçıları ənənəyə uyğun olaraq, əsas aktual qlobal təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
Münhen konfransı işini fevralın 17-də yekunlaşdıracaq.