Regiondakı hazırkı vəziyyəti çox müsbət qiymətləndirirəm.
"Report" xəbər verir ki, bunu aprelin 23-də ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edən ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
O qeyd edib ki, sərhədlərin demarkasiyası məsələsi müəyyən vaxt ala bilər.
M.Brayza Rusiya sülhməramlılarının Qarabağdan çıxmasına da münasibət bildirib, o bu hadisədən şoka düşdüyünü bildirib:
"Ermənilər sülhməramlıların burada daimi qalmasını istəyirdi, çünki düşünürdülər ki, Rusiya onları həmişə qoruyacaq. Ancaq üçtərəfli sazişə əsasən onların fəaliyyəti limitli idi və artıq regionu tərk edirlər. Paşinyanın KTMT-dəki fəaliyyətini dondurmaq qərarından və Ermənistan Aİ-yə üzv olmaq niyyətindən sonra vəziyyət dəyişdi".
M.Brayza noyabrda ABŞ-da keçiriləcək seçkilərə də münasibət bildirib. O qeyd edib ki, əgər Donald Tramp hakimiyyətə gəlsə, ABŞ-nin həm xarici, həm də daxili siyasətində daha bir çılğınlıq dövrü yaşanacaq.