Bakı. 2 iyul. REPORT.AZ/ Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq
XİN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, xarici işlər nazirinin müavini
X.Xələfov bu kimi halların Azərbaycan və Böyük Britaniya arasında mövcud olan dostluq və strateji münasibətlərin ruhuna uyğun olmadığını vurğulayıb və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş addım kimi qiymətləndirib.
Səfir İrfan Siddiq Böyük Britaniyanın Dağlıq Qarabağdakı rejimi tanımadığını və onunla heç bir əlaqəsinin olmadığını deyərək, Azərbaycanın narahatlığı barəsində ölkəsinin Xarici İşlər Nazirliyinə məlumat verəcəyini diqqətə çatdırdı.
Həmçinin XİN-in təlimatı əsasında Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi tərəfindən məsələ ilə bağlı Böyük Britaniya XİN-də görüş keçirilib və müvafiq etiraz məktubu təqdim edilib.
Azərbaycanın Londondakı səfirliyinin məktubuna cavab olaraq, Böyük Britaniya XİN-in məktubunda bildirilib ki, Böyük Britaniya Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir, Dağlıq Qarabağda yaradılmış rejimi tanımır və Böyük Britaniyanın bu mövqeyi dəyişməz olaraq qalır. Məktubda separatçı rejimin başçısının Böyük Britaniyaya səfərinin hökumət tərəfindən təşkil edilmədiyi və onun Londonda olacağı müddətdə heç bir hökumət rəsmisi ilə görüşünün olmayacağı xüsusilə vurğulanıb.