Bosniya və Herseqovina Nazirlər Şurası sədrinin müavini və xarici işlər naziri Bisera Turkoviç Azərbaycana səfərə gəlib.
“Report” xəbər verir ki, səfər çərçivəsində nazir Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla görüşəcək.
Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunacaq.