Boris Conson istefa verib - YENİLƏNİB

Boris Conson istefa verib - YENİLƏNİB Böyük Britaniyanın Baş naziri Boris Consonun bu gün istefa verəcəyi gözlənilir.
Xarici siyasət
July 7, 2022 11:35
Boris Conson istefa verib - YENİLƏNİB
Boris Conson

Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verib.

Report” “Sky News”a istinadən xəbər verir ki, o, bu barədə xalqa müraciətində bildirib.

“Mən yeni lider seçilənə kimi vəzifəmi icra edəcəyəm”, - o bildirib. 

Qeyd edək ki, Mühafizəkarlar Partiyası yeni liderin və yeni baş nazirin təyin olunması tələbi ilə çıxış edib.

12:15

Böyük Britaniyanın Baş naziri Boris Consonun bu gün istefa verəcəyi gözlənilir.

"Report"un xəbərinə görə, bu barədə BBC məlumat yayıb.

O, payızadək Baş nazirin səlahiyyətlərini icra edəcək.

Ölkədə növbədənkənar parlament seçkilərinin oktyabrda keçiriləcəyi gözlənilir.  

Qeyd edək ki, son günlər Böyük Britaniyada siyasi böhran yaranıb. Hakim Mühafizəkarlar Partiyasının rəhbərliyi hökumət başçısı B.Consonu siyasi təşkilatın fəlsəfəsi və dəyərlərini risk altında qoymaqda günahlandırırlar. Britaniya hökumətinin üçdəbir hissəsi buna etiraz olaraq istefa verib. 

Xatırladaq ki, B.Conson Baş nazir olmaqla yanaşı Mühafizəkarlar Partiyasının da sədridir. 

Orphus sistemi