Biz eynicinsli nikahları normallaşdırma dəyərləri ilə böyüdülməmişik. Bizim normalarımıza, dəyərlərimizə, mədəniyyətimizə hörmət edilməlidir, ancaq təəssüf ki, edilmir.
"Report" xəbər verir ki, bunu "Bonayrada Radio Vision" FM 97.1-in rəhbəri Albertiko Canqa (Albertico Janga) Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə keçirilən “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda deyib.
"Bu gün burada vurğulamaq istədiyim şeylərdən biri də adamızdakı gəlir vergisidir. Gəlir vergisi Niderland hökuməti tərəfindən alınır və biz vergini o hökumətə ödəyirik. Niderlandın maliyyə naziri heç vaxt Boneyra dövlət qurumuna hesabat vermir.
Digər bir provlem stomatoloji xidmətlə bağlıdır. Əvəllər pulsuz stomatoloji xidmətdən istifadə etmə imkanımız vardı, amma bunu bilən Niderland idarəçiliyi sonra bu hüquqdan da bizi məhrum etdi, səhiyyə sistemimizi öz əlinə aldı. Bizdə də iki ildən bir pulsuz göz müayinəsi olurdu, indi isə üç ildən birə dəyişdirilib.
Xəstələr öz həkimlərindən doğumla bağlı qarantiya ala bilmirlər. Bunlar səhiyyədə üzləşdiyimiz problemlərdir", - o qeyd edib.