Bakı Təşəbbüs Qrupunun bizi dəstəkləməsindən qürur duyuruq.
"Report" xəbər verir ki, bunu Boneyra İnsan Hüquqları Cəmiyyətinin prezidenti Davika Jasmin Bissesar jurnalistlərə açıqlamasında deyib.
"Sizin ölkə ilə müqayisədə bizim əhalinin sayı çox azdır. Fəxr edirik ki, Bakı Təşəbbüs Qrupu bizi dəstəkləyəcək, biz birlikdə işləyə, məlumatlarımızı paylaşa bilərik.
Dünyanın bu hissəsində heç kim Boneyra adası haqqında eşitməyib, ancaq artıq məlumatlıdırlar, ona görə də biz BTQ ilə təşkil edilən tədbirin əhəmiyyətini bilirik", - o qeyd edib.
Davika Jasmin Bissesar Boneyranın 400 ildir Niderland müstəmləkəsinə çevrildiyini, zülm altında olduğunu vurğulayıb:
"400 ildir ki, Niderlandın zülmü altındayıq. İndi isə Bakı Təşəbbüs Qrupu ilə regiondakı hər hansı bir müstəmləkəçinin reaksiyasını düşünməkdənsə, nə edə biləcəyimiz üzərində daha pozitiv işləmək vaxtıdır".