Bonayrlı nümayəndə: Niderlandın yürütdüyü siyasət dini və mədəni dəyərlərimizi təhdid edir

Bonayrlı nümayəndə: Niderlandın yürütdüyü siyasət dini və mədəni dəyərlərimizi təhdid edir Niderland tərəfindən tətbiq edilən siyasət Bonayrın dini və mədəni dəyərlərini təhlükə altına qoyur, fundamental insan hüquqlarını pozur və müstəmləkə təzyiqini gücləndirir.
Xarici siyasət
29 mart 2025 13:57
Bonayrlı nümayəndə: Niderlandın yürütdüyü siyasət dini və mədəni dəyərlərimizi təhdid edir

Niderlandın yürütdüyü siyasət Bonayrın dini və mədəni dəyərlərini təhdid edir, fundamental insan hüquqlarını pozur və müstəmləkə təzyiqini gücləndirir.

“Report” xəbər verir ki, bu barədə “Pueblo Progresivo Uni”nin (Bonayre) katibi Robert Striks Bakıda keçirilən "Kolonializm: milli-dini kimliyin silinməsi" adlı beynəlxalq konfransda danışıb.

"Bonayr əhalisinin təxminən 80 faizi xristiandır və yerli mədəniyyət bu dəyərlər üzərində qurulub. Lakin Niderland hökumətinin qəbul etdiyi qanunlar adanın ənənəvi dəyərləri ilə ziddiyyət təşkil edir", - o bildirib.

R.Striks vurğulayıb ki, müstəmləkə təzyiqinə baxmayaraq, Bonayr sakinləri mədəniyyətlərinin, dini inanclarının və öz müqəddəratını təyin etmək hüquqlarını müdafiə edəcəklər:

"Biz istədiyimiz kimi yaşamaq hüququmuz uğrunda mübarizə apararaq buna bütün mümkün vasitələrlə nail olmağa çalışacağıq".

Orphus sistemi