Bolqarıstan XİN başçısı: Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığa sadiqliyini təsdiqləyir
- 14 mart, 2025
- 12:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bolqarıstan daim çoxtərəfli yanaşmanı dəstəkləyir və Qlobal Bakı Forumu ölkənin qlobal çağırışların həllində beynəlxalq əməkdaşlığın gücləndirilməsinə sadiqliyini təsdiqləmək üçün əla fürsətdir.
“Report” xəbər verir ki, bunu Bolqarıstanın xarici işlər naziri Georq Georgiyev XII Qlobal Bakı Forumunun ikinci günündə keçirilən panel müzakirəsində bildirib.
Onun sözlərinə görə, "bir ölkə - bir səs" prinsipi Bolqarıstan üçün, xüsusilə bugünkü qeyri-sabit və sürətlə dəyişən dünyada dərin və ədalətli məna daşıyır.
"Bolqarıstan “yaşıl enerji”yə keçidin əldə edilməsi üçün ardıcıl səylərin fəal tərəfdarı və iştirakçısıdır. Gələcəkdə enerji daşıyıcılarına tələbat artdıqda, biz davamlı, qiymətcə əlçatan və iqlimə uyğun enerji təchizatını təmin etməliyik", - o əlavə edib.