BMT rəsmisi: Qarabağda bərpa-yenidənqurma işləri sürətlə həyata keçirilir

Xarici siyasət
  • 14 mart, 2025
  • 16:14
BMT rəsmisi: Qarabağda bərpa-yenidənqurma işləri sürətlə həyata keçirilir
Volkan Bozkır

Azərbaycan Qarabağda bərpa-yenidənqurma işlərini sürətlə həyata keçirir.

“Report” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır martın 14-də XII Qlobal Bakı Forumunda çıxışında deyib.

“Qarabağda məscidlər, tarixi-mədəni abidələr sürətlə bərpa olunur, infrastrutur yaradılır, əhali o ərazilərə qayıdır. Düşünürəm ki, Azərbaycan bu işlərin öhdəsindən gələcək”, - o vurğulayıb.

V.Bozkır hazırda Suriyada cərəyan edən proseslərə də toxunub:

"Suriyadakı 60 illik rejimin dəyişdiriləcəyinə çoxları ümid etmirdi. Fikrimcə, Suriyanın yeni hakimiyyəti kifayət qədər yaxşı işlər görür, dünya dövlətləri ilə əlaqələri bərpa edir.

Nəzərə alaq ki, Suriya Yaxın Şərqin mühüm ölkələrindən biridir. Orada sabitliyin bərqərar edilməsi regionun digər ölkələri üçün də müsbət zəmin yaradacaq".

44 filmi