BMT rəsmisi "Mədəniyyət naminə sülh" qlobal kampaniyasını dəstəkləyib

BMT rəsmisi "Mədəniyyət naminə sülh" qlobal kampaniyasını dəstəkləyib “Mən BMT rəsmisi kimi, "Mədəniyyət naminə sülh" qlobal kampaniyasının bir parçası olmaqdan qürur duyuram. Azərbaycan bu təşəbbüsü rəsmi şəkildə irəli sürəndə Bakıdaydım. Amma bu gün BMT çərçivəsində təqdimat oldu. Bir çox ölkələr söz aldı və Azərbaycanın
Xarici siyasət
6 May , 2022 12:54
BMT rəsmisi Mədəniyyət naminə sülh qlobal kampaniyasını dəstəkləyib
Migel Anxel Moratinos

“Mən BMT rəsmisi kimi, "Mədəniyyət naminə sülh" qlobal kampaniyasının bir parçası olmaqdan qürur duyuram. Azərbaycan bu təşəbbüsü rəsmi şəkildə irəli sürəndə Bakıdaydım. Amma bu gün BMT çərçivəsində təqdimat oldu. Bir çox ölkələr söz aldı və Azərbaycanın təşəbbüsünü dəstəklədi. Hesab edirəm ki, biz yeni yola yeni təşəbbüslərlə başlamalıyıq”.

Bu fikirləri “Report”un ABŞ bürosuna açıqlamasında BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) ali nümayəndəsi Migel Anxel Moratinos deyib.

Onun sözlərinə görə, postmünaqişə dövrlərində mədəniyyətin qorunması, dirçəldilməsi və mədəni irsin bərpa edilməsi üçün davamlı sülhün təmin edilməsini nəzərdə tutan layihə ilə dünyada sülh anlayışına yenilik gətiriləcək: “Mən çox xoşbəxtəm və ümid edirəm ki, bu təşəbbüslə biz fərqli mədəniyyətlərin, kimliklərin və sivilizasiyaların olduğu müxtəlifliklərlə dolu dünyada yaşadığımızı həqiqətən dərk etmək üçün cəhd edəcəyik. Hər kəsin bir kimliyi var. Hesab edirəm ki, "Mədəniyyət naminə sülh” qlobal kampaniyası ilə biz münaqişədən sonrakı situasiyalardan sonra bütün regionda və müxtəlif vəziyyətlərdə məsləhətləşmələri və sülhü birləşdirə bilərik”.

Qeyd edək ki, Azərbaycanın mədəniyyət naziri Anar Kərimov və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos arasında "Mədəniyyət naminə sülh" qlobal kampaniyasının mütəşəkkil fəaliyyət planı imzalanıb.

Son xəbərlər

Orphus sistemi