BMT rəsmisi: "ASAN xidmət" qlobal səviyyədə mükəmməllik və bilik mərkəzi kimi qəbul olunur

BMT rəsmisi: "ASAN xidmət" qlobal səviyyədə mükəmməllik və bilik mərkəzi kimi qəbul olunur ASAN xidmət qlobal səviyyədə mükəmməllik və bilik mərkəzi kimi qəbul olunur.
Xarici siyasət
10 aprel 2025 23:02
BMT rəsmisi: ASAN xidmət qlobal səviyyədə mükəmməllik və bilik mərkəzi kimi qəbul olunur

"ASAN xidmət" qlobal səviyyədə mükəmməllik və bilik mərkəzi kimi qəbul olunur.

Bunu “Report”un ABŞ bürosuna açıqlamasında BMT-nin Təlim və Tədqiqat İnstitutunun (UNITAR) İnsanlar və Sosial İnteqrasiya Bölməsinin direktoru Alex Mejia deyib.

BMT rəsmisi qeyd edib ki, Azərbaycan brendi olan "ASAN xidmət" yalnız insanların həyatını və xidmətlərə çıxışını yaxşılaşdırmaq sahəsində deyil, beynəlxalq səviyyədə göstərdiyi fəaliyyətlə də nümunəvi modelə çevrilib:

“ASAN xidmət mükəmməllik və bilik mərkəzidir. Azərbaycan hökümətinin zəngin bilik və bacarıqlarının təcəssümü olan bu layihəyə dərin hörmət və heyranlığımı bildirmək istəyirəm. BMT olaraq biz dünyamızı daha yaxşı etmək üçün Azərbaycan nümunəsini izləməyə sadiqik”, - Mejia vurğulayıb.

UNITAR rəsmisi əlavə edib ki, BMT-yə üzv olan 193 ölkədən 92-si, o cümlədən ən az inkişaf etmiş, inkişaf etməkdə olan və münaqişə bölgələrindəki ölkələrə xidmətlərin göstərilməsi sahəsində ciddi potensiala ehtiyac duyur: “Bu ölkələrin hamısı Azərbaycan hökumətinin dəstəyi ilə "ASAN xidmət" təcrübəsindən faydalana bilər. "ASAN xidmət"in fəaliyyət mexanizmi nümunəvi modeldir və bu model hökumətlərə vətəndaşlarına daha keyfiyyətli və şəffaf xidmətlər göstərmək üçün güc və imkan qazandıracaq”.

Orphus sistemi