BMT rəsmisi: Afrika şəhərlərində infrastruktur çatışmazlığı və mənzil qıtlığı ciddi problem olaraq qalır

Xarici siyasət
  • 22 may, 2026
  • 10:42
BMT rəsmisi: Afrika şəhərlərində infrastruktur çatışmazlığı və mənzil qıtlığı ciddi problem olaraq qalır

Afrika şəhərlərində qeyri-formal yaşayış məntəqələri, infrastruktur çatışmazlığı, mənzil qıtlığı var və iqlimə həssaslıq hökm sürür.

"Report" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Afrika üzrə İqtisadi Komissiyasının İdarəetmə və İnsan Hüquqları Bölməsinin rəhbəri İsaka Qarba Abdu Komissiyasının "Dəyişiklik uğrunda birlik Afrikanın şəhər mövqeyini transformativ fəaliyyətlərə çevirir" mövzusunda keçirilən tədbirdə deyib.

O qeyd edib ki, Afrika İqlim Zirvəsi, Afrika Şəhər Forumu və Afrika Regional Davamlı İnkişaf Forumu kimi qitə platformalarında aydın şəkildə mesaj verilib:

"Problem artıq vizyonun müəyyən edilməsi deyil, onun icrasının təmin olunmasıdır. Konsensus qətidir, biz öhdəlikdən icraya, çərçivələrdən maliyyələşməyə, koordinasiyadan ölçülə bilən nəticələrə keçməliyik".

İsaka Qarba Abdu bildirib ki, buna görə İkinci Afrika Şəhər Forumu Afrikanın mövqeyinin hazırlanmasını prioritetləşdirib.

Komissiya rəsmisi WUF13-də gəlirli şəhər layihələri və investisiya planları hazırlamağa, həmçinin Afrikanın şəhərlərində səmərə verən rəqəmsal həlləri genişləndirməyə və icraat üçün hesabatlılığı təmin etmək üçün aidiyyəti qurumlara çağırış edib.

O, həmçinin şəhərlərin dayanıqlı inkişafı üçün prioritetləri açıqlayıb:

"Şəhərlərin qarşıya qoyulan hədəflərə çatması üçün doğru alətlər və dəstəkləyici sistemlərə ehtiyacı var. ​Yerli idarəetmə orqanlarının gücləndirilməli, dayanıqlı şəhər maliyyəsi aktivləşdirilməli, bələdiyyələrin büdcə imkanları genişləndirilməlidir. Həmçinin daxili resurslar səfərbər olunmalı və iqlim maliyyələşməsindən tutmuş dövlət-özəl tərəfdaşlığına qədər innovativ alətlərdən istifadə edilməlidir. Bundan başqa, ​rəqəmsal transformasiya sürətləndirilməlidir. Afrikada urbanizasiyanın vəziyyəti ilə bağlı 2024-cü il hesabatına görə, rəqəmsal texnologiyalar artıq seçim deyil, təməl ehtiyacdır. Elektron hökumət və məlumat sistemləri xidmət keyfiyyətini və şəffaflığı artırır. Lakin infrastruktur və rəqəmsal bacarıq çatışmazlığı hələ də bu potensialı məhdudlaşdırır".

44 - Tezliklə