Bir qrup azərbaycanlı Ukraynadan Moskva vasitəsilə vətənə təxliyə edilib

Bir qrup azərbaycanlı Ukraynadan Moskva vasitəsilə vətənə təxliyə edilib Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsi davam edir.
Xarici siyasət
482
18 Mart , 2022 20:58
Bir qrup azərbaycanlı Ukraynadan Moskva vasitəsilə vətənə təxliyə edilib

Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsi davam edir.

“Report”un Rusiya bürosunun məlumatına görə, Azərbaycanın Rusiyadakı səfirliyinin yardımı ilə Ukraynanın Xerson vilayətindən 9 azərbaycanlı Moskvaya gətirilib.

Onlardan ikisi Ukrayna, yeddisi Azərbaycan vətəndaşıdır. Bu gün onlar Moskva-Bakı reysi ilə Azərbaycana qayıdacaqlar.

Ukraynadan təxliyə edilən soydaşlarımızla Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da görüşüb. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən soydaşlarımızın təxliyəsi davam edir: “Biz sizi Moskva vasitəsilə Azərbaycana təxliyə etmək qərarına gəldik”.

“Rusiya bizim strateji müttəfiqimizdir. Bizim Ukrayna ilə də yaxşı münasibətlərimiz var. İnanırıq ki, Rusiya və Ukrayna yaxın vaxtlarda razılığa gələcəklər”, - səfir görüşdə deyib.

Ukraynadan təxliyə edilən azərbaycanlı Nazim Əhmədov “Report”a açıqlamasında bildirib ki, səfirlik təxliyənin təşkilinə köməklik edib və onlar Moskvaya qatarla gəliblər. O, Azərbaycanın diplomatik missiyasına, eləcə də Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Son xəbərlər

Orphus sistemi