Paşinyan: Münaqişədən qaçmaq üçün Azərbaycanla delimitasiya mümkün qədər tez aparılmalıdır

Paşinyan: Münaqişədən qaçmaq üçün Azərbaycanla delimitasiya mümkün qədər tez aparılmalıdır Azərbaycanla sərhəddə vəziyyəti mümkün qədər idarəolunan səviyyədə saxlamaq üçün münaqişə üçün ən böyük potensiala malik yerlərdən başlayırıq. Delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır.
Xarici siyasət
1 May , 2024 23:27
Paşinyan: Münaqişədən qaçmaq üçün Azərbaycanla delimitasiya mümkün qədər tez aparılmalıdır

Azərbaycanla sərhəddə vəziyyəti mümkün qədər nəzarətdə saxlamaq üçün münaqişə potensialının ən yüksək olduğu yerlərdən başlayırıq. Delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır.

"Report" xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycanla sərhədin delimitasiyası üçün bütün lazımi sənədlər mövcuddur, onlar Ermənistan hökumətinin sərəncamındadır və bununla bağlı iş aparılır.

Paşinyan bildirib ki, delimitasiya prosesində hökumətin vəzifəsi sərhədin təkcə ayrı-ayrı hissəsinin deyil, həm də bütün Ermənistan-Azərbaycan sərhədinin bərpası üçün qanuni əsasları təmin edəcək formulu tapmaqdır:

"Bu gün biz sərhədin təkrar müəyyən edilməsi üçün lazımi paketi formalaşdırırıq və bu paket Alma-Ata Bəyannaməsinə əsaslanır. 2022-ci il oktyabrın 6-da biz Alma-Ata Bəyannaməsi əsasında Azərbaycanla bir-birimizin ərazi bütövlüyü və suverenliyinin tanınması barədə razılığa gəldik. Biz razılaşdıq ki, Alma-Ata Bəyannaməsi delimitasiya prosesi üçün əsas olacaq. İndi bu prosesə sadiqliyimizi təcrübədə nümayiş etdirmək son dərəcə vacibdir".

Baş nazir vurğulayıb ki, delimitasiya komissiyaları bir neçə mühüm məsələdə razılığa gəliblər: "Əsas odur ki, Alma-Ata Bəyannaməsi hər iki tərəf tərəfindən prosesin əsas prinsipi kimi qəbul edilib. İyulun 1-dək komissiyanın növbəti addımlar üçün iş reqlamenti dəqiqləşdiriləcək. Komissiyaların əsasnaməsi iki ölkənin daxili qanunvericiliyinə uyğun olaraq təsdiq ediləcək. Bundan sonra sərhəd komissiyasının üzvləri bir araya gələrək işi hansı sahələrdə davam etdirəcəklərini müəyyənləşdirəcək və razılaşdıracaqlar".

Son xəbərlər

Orphus sistemi