Beynəlxalq Xəzəryanı Gənclər Forumu yekunlaşıb

Beynəlxalq Xəzəryanı Gənclər Forumu yekunlaşıb Forum Azərbaycan və Qazaxıstan mədəniyyət nümayəndələrinin iştirakı ilə keçirilən konsert proqramı ilə başa çatıb
Xarici siyasət
25 Sentyabr , 2017 20:26
Beynəlxalq Xəzəryanı Gənclər Forumu yekunlaşıb

Bakı. 25 sentyabr. REPORT.AZ/ Qazaxıstanın Aktau şəhərində keçirilən Beynəlxalq Xəzəryanı Gənclər Forumu yekunlaşıb.

Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, forumda Azərbaycan, Qazaxıstan, İran, Rusiya və Türkmənistan nümayəndə heyətləri iştirak edib.

Forumun açılışında çıxış edən Manqustau vilayətinin başçısı Yeralu Toğjanov Qazaxıstan prezidenti Nursultan Nazarbayev və Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə gerçəkləşən Beynəlxalq Xəzəryanı gənclər forumunun iki ölkənin dostluq və qardaşlıq münasibətlərini daha da inkişaf etdirəcəyinə, gənclərin fikir mübadiləsi apararaq yeni bilik və təcrübələrə yiyələcəyinə, münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyacağına əminlik bildirilib.

Qazaxıstanın dini işlər və vətəndaş cəmiyyəti naziri Nurlan Yermekbaev, Qazaxıstanın təhsil və elm nazirinin müşaviri Aryn Orsariyev, İranın Qazaxıstandakı konsulu Mahmud Adib və digər rəsmilər çıxış edərək forumun əhəmiyyətindən danışıblar.

Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxışında Azərbaycanda həyata keçirilən gənclər siyasəti, qəbul olunan dövlər proqramları, yerli və beynəlxalq səviyyədə gerçəkləşən tədbirlər, layihələr haqında məlumat verib, hər iki ölkənin rəhbərlərinin təşəbbüsü ilə baş tutan bu forumun gənclər siysəti tarixində xüsusi yeri olduğuna əminliyini ifadə edib.

Forum Azərbaycan və Qazaxıstan mədəniyyət nümayəndələrinin iştirakı ilə keçirilən konsert proqramı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi