Belqrad meri Bakı ilə əməkdaşlığa maraq göstərib

Belqrad meri Bakı ilə əməkdaşlığa maraq göstərib Azərbaycanın Serbiyada yeni təyin olunmuş səfiri Kamil Xasıyev Belqrad şəhərinin meri Zoran Radoyiçiçlə görüşüb.
Xarici siyasət
24 Sentyabr , 2021 15:31
Belqrad meri Bakı ilə əməkdaşlığa maraq göstərib

Azərbaycanın Serbiyada yeni təyin olunmuş səfiri Kamil Xasıyev Belqrad şəhərinin meri Zoran Radoyiçiçlə görüşüb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, mer iki ölkə arasında mövcud əməkdaşlıq əlaqələrilə yanaşı, paytaxtlar arasında da əlaqələrin qurulması üçün geniş imkanlar mövcud olduğunu və bundan bəhrələnməyin vacibliyini qeyd edib.

“Bakı ilə Belqrad arasında əməkdaşlığın inkişaf etdiriləcəyi bir sahə də var ki, bu da mədəniyyətdir. O cümlədən görüş zamanı Azərbaycan mədəniyyət xadimlərinin Belqradda çıxış etmələri imkanlarına da toxunmuşuq. Serbiya ilə Azərbaycan arasında diplomatik münasibətlər qurulmasının 25 illiyi bunun üçün gözəl fürsət olacaq” – deyə Belqrad şəhərinin rəhbəri deyib.

Səfir Kamil Xasıyev də iki ölkə arasında viza rejiminin ləğvilə əməkdaşlıq üçün yeni imkanlar açılacağını, o cümlədən gediş-gəlişin asanlaşacağını dilə gətirib.

Son xəbərlər

Orphus sistemi