Belarusun Baş naziri: Azərbaycanla qardaşlıq münasibətlərinin ticari-iqtisadi müstəviyə çevrilməsi vacibdir

Belarusun Baş naziri: Azərbaycanla qardaşlıq münasibətlərinin ticari-iqtisadi müstəviyə çevrilməsi vacibdir Parlamentin mövqeyi cəmiyyət üçün çox vacibdir və parlamentin Belarusla Azərbaycan arasında gələcək illərdə əməkdaşlığın perspektivlərinə dair rəyi dəyərlidir.
Xarici siyasət
12 İyun , 2024 13:20
Belarusun Baş naziri: Azərbaycanla qardaşlıq münasibətlərinin ticari-iqtisadi müstəviyə çevrilməsi vacibdir

Parlamentin mövqeyi cəmiyyət üçün çox vacibdir. Onun Belarusla Azərbaycan arasında gələcək illərdə əməkdaşlığın perspektivlərinə dair rəyi dəyərlidir.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bunu Belarusun Baş naziri Roman Qolovçenko Minskdə spiker Sahibə Qafarova ilə görüşü zamanı deyib.

R.Qolovçenkonun sözlərinə görə, son ayları Belarus-Azərbaycan əməkdaşlığı ayları adlandırmaq olar: “Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfərindən sonra bir sıra tədbirlər baş tutdu. O cümlədən bu ölkənin Baş naziri Əli Əsədov ilə görüşdük”.

Baş nazir vurğulayıb ki, Sahibə Qafarovanın Belarusa səfəri çox vacib və dəyərlidir, çünki necə deyərlər parlamentlərarası əməkdaşlıq temp qazanır: "Səfərinizi Belarus-Azərbaycan dostluğunun möhkəmləndirilməsində mühüm məqam kimi görürük. Qarşıdakı illərdəki işimizin perspektivləri haqqında fikirləriniz çox dəyərlidir. İsti və qardaşlıq münasibətlərimizi ticari-iqtisadi müstəviyə çevirməyə borcluyuq".

Baş nazir əlavə edib ki, parlamentin mövqeyi cəmiyyət üçün çox vacibdir: "Bunlar biznes və rəsmi şəxslər üçün düzgün siqnallardır".

Son xəbərlər

Orphus sistemi