Bakı. 28 noyabr. REPORT.AZ/ Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlib.
"Report" BELTA agentliyinə istinadən xəbər verir ki, onu hava limanında Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və xarici işlər nazirinin müavini Xələf Xələfov qarşılayıb.
***13:35
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə yola düşüb.
Bu barədə "Report" Belarus dövlət başçısının saytına istinadən xəbər verir.
Səfər proqramına A.Lukaşenkonun Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibdə danışıqlar aparması daxildir.
İki ölkə lideri Azərbaycan-Belarus münasibətlərinin indiki vəziyyətini və inkişaf perspektivlərini, o cümlədən ticari-iqtisadi əməkdaşlığı, birgə layihələr üzrə işləri, investisiya, aqrar sənaye kompleksi, idman sahəsində qarşılıqlı münasibətləri müzakirə edəcəklər.
Danışıqların yekununda bir sıra beynəlxalq sənədlərin imzalanması gözlənilir.
A.Lukaşenkonun həmçinin Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşü də planlaşdırılıb.