Ceyhun Bayramovun ATƏT-in Baş katibi ilə görüşündə regional təhlükəsizlik və əməkdaşlıq diqqət mərkəzində olub

Xarici siyasət
  • 30 noyabr, 2023
  • 18:13
Ceyhun Bayramovun ATƏT-in Baş katibi ilə görüşündə regional təhlükəsizlik və əməkdaşlıq diqqət mərkəzində olub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 30-cu iclasında iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmit ilə görüşüb.

Bu barədə “Report”a Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə ikitərəfli qarşılıqlı fəaliyyət, o cümlədən regional təhlükəsizlik və əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Danışıqlar zamanı həmçinin son regional hadisələr fonunda Azərbaycan-ATƏT əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri haqqında səmərəli müzakirələr aparılıb.