ABŞ Prezidenti: Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı yüksək qiymətləndiririk

ABŞ Prezidenti: Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı yüksək qiymətləndiririk Azərbaycanın Ukraynaya göstərdiyi həyat əhəmiyyətli humanitar yardımı yüksək qiymətləndiririk
Xarici siyasət
25 May , 2024 12:34
ABŞ Prezidenti: Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı yüksək qiymətləndiririk

Azərbaycanın Ukraynaya göstərdiyi həyat əhəmiyyətli humanitar yardımı yüksək qiymətləndiririk.

“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanlandığı təbrik məktubunda qeyd edib.

C.Bayden Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı da yüksək qiymətləndirdiyini vurğulayıb:

“Diplomatik əlaqələrimizin 30 ildən artıq bir dövründə biz enerji təhlükəsizliyi, regional təhlükəsizlik və terrorçuluqla mübarizə də daxil olmaqla birgə maraqlara söykənən tərəfdaşlıq qurmuşuq. Hər iki ölkəmiz Əfqanıstanda çiyin-çiyinə döyüşmüş və birlikdə Cənub Qaz Dəhlizini inkişaf etdirməklə regional enerji təhlükəsizliyi ilə bağlı çağırışlara sinə gərmişdir. Biz həmçinin Rusiyanın davam edən qəddar müharibəsi fonunda Azərbaycanın Ukraynaya göstərdiyi həyat əhəmiyyətli humanitar yardımı da yüksək qiymətləndiririk”.

Son xəbərlər

Orphus sistemi