Bayden and içərək prezident kimi fəaliyyətə başladı

Bayden and içərək prezident kimi fəaliyyətə başladı ABŞ-da yeni seçilmiş prezident Co Baydenin inuaqurasiya mərasimi keçirilir.
Xarici siyasət
20 Yanvar , 2021 20:55
Bayden and içərək prezident kimi fəaliyyətə başladı
Co Bayden

ABŞ-da yeni seçilmiş prezident Co Baydenin inaqurasiya mərasimi keçirilib.

“Report”un məlumatına görə, ABŞ-ın 46-cı prezidenti and içərək vəzifəsinin icrasına başlayıb.

Cozef Baydenlə yanaşı, Kamala Harris də vitse-prezident kimi and içib. Mərasimdə müğənni Ledi Qaqa Amerika Birləşmiş Ştatların himnini ifa edib.

Hakimiyyəti yeni komandaya əvvəlki prezident Donald Tramp yox, vitse-prezident Mayk Pens ötürüb.

İnaqurasiyada həmçinin, ABŞ-ın keçmiş prezidentləri Bill Klinton, Corc Buş (kiçik - Red) və Barak Obama iştirak edib.

Pandemiya səbəbindən mərasim sosial məsafənin saxlanılması şəraitində təşkil edilib. Xüsusilə, yeni dövlət başçısının andiçmə mərasimi münasibətilə parad təşkil edilməyəcək. İnaqurasiyanı işıqlandırmaq üçün akkreditə olunmuş jurnalistlərin sayı azaldılıb.

Qeyd edək ki, ABŞ-ın səlahiyyətləri başa çatmış prezidenti Donald Tramp Co Baydenin inaqurasiyası mərasimində iştirak etməyib. O, həyat yoldaşı Melanya Trampla Vaşinqtondan Floridaya gedib.

Son xəbərlər

Orphus sistemi