Baxtiyor Saidov: Azərbaycan, Türkiyə, Özbəkistan üçün ticarət həcmini iki dəfə artırmaq imkanı var

Baxtiyor Saidov: Azərbaycan, Türkiyə, Özbəkistan üçün ticarət həcmini iki dəfə artırmaq imkanı var Yaxın gələcəkdə Azərbaycan, Türkiyə, Özbəkistan üçün ticarət həcmini iki dəfə artırmaq imkanı var.
Xarici siyasət
29 Yanvar , 2025 15:33
Baxtiyor Saidov: Azərbaycan, Türkiyə, Özbəkistan üçün ticarət həcmini iki dəfə artırmaq imkanı var
Baxtiyor Saidov

Yaxın gələcəkdə Azərbaycan, Türkiyə, Özbəkistan üçün ticarət həcmini iki dəfə artırmaq imkanı var.

"Report"un məlumatına görə, bunu Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Ankarada keçirilən Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündən sonra üç ölkənin xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib:

“Son illər ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığımız görülməmiş səviyyədə inkişaf edib. Görüşdə əməkdaşlığı daha da genişləndirmə yollarını müzakirə etdik. Özbəkistan açıq, praqmatik bir xarici siyasət yürüdür. Biz uzaq və yaxın coğrafiyada strateji tərəfdaşlarımızla əməkdaşlığı dərinləşdirməkdə qərarlıyıq. Özbəkistan üçtərəfli əməkdaşlıqdan faydalanaraq yeni fürsətlər yaratmağın tərəfdarıdır”, - Nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi