Baş prokuror Britaniya səfiri ilə Azərbaycanın Londondakı səfirliyinə hücumu müzakirə edib

Baş prokuror Britaniya səfiri ilə Azərbaycanın Londondakı səfirliyinə hücumu müzakirə edib Avqustun 10-da Baş prokuror Kamran Əliyev Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb. Qonağı salamlayan Baş prokuror ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar müna
Xarici siyasət
10 Avqust , 2022 16:42
Baş prokuror Britaniya səfiri ilə Azərbaycanın Londondakı səfirliyinə hücumu müzakirə edib

Avqustun 10-da Baş prokuror Kamran Əliyev Böyük Britaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp ilə görüşüb.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qonağı salamlayan Baş prokuror ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq əlaqələrinə, bütün sahələrdə işgüzar münasibətlərin mövcudluğuna toxunaraq, əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib.

Kamran Əliyev ölkəmizdə diplomatik missiyasını başa vuran səfir Ceyms Şarpa səmərəli fəaliyyətinə, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi dövründə Baş Prokurorluq tərəfindən təşkil edilmiş mətbuat konfransları və brifinqlərdə iştirak etdiyinə və ölkələrimizin hüquq mühafizə orqanları arasında konstruktiv əməkdaşlıq əlaqələrinin qurulmasında səylərinə görə təşəkkürünü bildirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir ikitərəfli münasibətlərə toxunaraq Birləşmiş Krallığın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini və münasibətlərin yüksək səviyyədə və müvəffəqiyyətlə inkişaf etdiyini qeyd edib. Səfir prokurorluq orqanlarında aparılan köklü islahatları insan haqlarının qorunması və qanunun aliliyinin təmin olunması prizmasından yüksək qiymətləndirib.

Daha sonra avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinin inzibati binasına radikal dini qruplaşma tərəfindən hücum edilməsi faktı ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Baş prokuroru tərəfindən başlanan cinayət işinin istintaqının Birləşmiş Krallığın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılmasının vacibliyi qeyd olunub.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi